AnalitikaGündəmSiyasət

Suverenlik Günü Və Yeni Reallıqlar

Azərbaycanın dövlət suverenliyini tam olaraq bərpa etməsi regional və beynəlxalq miqyasda tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Otuz il ərzində davam edən və bəzi dövlətlər tərəfindən dəstəklənən “dondurulmuş münaqişə” status-kvosu Prezident İlham Əliyev tərəfindən hərbi-siyasi yolla qəti şəkildə darmadağın edildi. Bu yeni reallıq Cənubi Qafqazda münaqişələrin idarə edilməsi siyasətindən tam imtinanı və onların kökündən həllini özündə ehtiva edir.

Yeni geosiyasi konfiqurasiya region dövlətləri üçün fərqli əməkdaşlıq formatlarını diktə edir. Azərbaycanın öz yurisdiksiyasını bərqərar etməsi qlobal tranzit və kommunikasiya xətlərinin təhlükəsizliyini təmin edən əsas faktora çevrildi. Prezident İlham Əliyev mütəmadi olaraq bəyan edir ki, regionda istənilən iqtisadi və nəqliyyat layihəsi məhz Azərbaycanın milli maraqları və mütləq suverenliyi nəzərə alınmaqla həyata keçirilə bilər.

Qarabağ və Şərqi Zəngəzurun sürətli reinteqrasiyası ölkəmizin makroiqtisadi göstəricilərinə və inkişaf dinamikasına güclü təkan verməkdədir. Prezident İlham Əliyev rəhbərliyi ilə icra olunan nəhəng infrastruktur layihələri, bu əraziləri nəinki Azərbaycanın, hətta bütün regionun əsas inkişaf mərkəzlərindən birinə çevirir. “Boz zona”ların ləğvi beynəlxalq sərmayələrin ölkə iqtisadiyyatına inamlı axınını təmin etdi.

Nəticə etibarilə, 20 Sentyabr təkcə hərbi qələbənin rəsmiləşməsi deyil, qlobal güclərin Cənubi Qafqazla bağlı strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edən tarixi bir dönüş nöqtəsidir. Dövlət Suverenliyi Günü Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki yeni və diktəedici rolunun hüquqi pasportudur.

Zərifə Məmmədova, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button