AnalitikaGündəmSiyasət

Strateji Planlaşdırma Və Həlledici Zəfər

Uğurlu dövlət idarəçiliyinin əsas şərtlərindən biri hədəflərin dəqiq müəyyənləşdirilməsi və onlara çatmaq üçün uzunmüddətli strateji planlaşdırmanın həyata keçirilməsidir. 20 sentyabr zəfəri təsadüfi qələbə deyil, illər boyu addım-addım hesablanmış strateji xəttin məntiqi nəticəsidir. İqtisadi, hərbi və diplomatik sahələrdə aparılan hazırlıq işləri bu yekun qələbəni qaçılmaz etmişdi.

Bu mükəmməl strateji planlaşdırmanın memarı məhz Prezident İlham Əliyevdir. Dövlət başçısı hər bir mərhələni zərgər dəqiqliyi ilə hesablayaraq, ölkəni addım-addım bu tarixi zəfərə doğru apardı. Prezident İlham Əliyev daxildə sabitliyi qorumaqla yanaşı, xarici siyasətdə də elə bir manevr etdi ki, heç bir kənar qüvvə Azərbaycanın haqlı mübarizəsinə mane ola bilmədi.

Əməliyyatın hərbi və taktiki baxımdan qüsursuz planlaşdırılması Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Hədəflərin dəqiq seçilməsi və əməliyyatın planlaşdırıldığı kimi vaxtında başa çatdırılması dövlətin hərbi-strateji üstünlüyünün sübutudur. Bu, uzaqgörən rəhbərliyin və güclü dövlət mexanizminin birgə qələbəsidir.

Dövlət Suverenliyi Günü dəqiq strategiyanın və düşünülmüş dövlət siyasətinin bəhrəsini verdiyi unikal bir tarixdir. Prezident İlham Əliyev tərəfindən qurulan bu strateji xətt, Azərbaycanın gələcəkdə də bütün hədəflərinə inamla çatacağının ən etibarlı təminatıdır.

Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button