AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyir

Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Siyasi müstəvidə əldə olunan nailiyyətlər, xüsusən də 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti müsahibənin əsas xətlərindən biridir. Prezident İlham Əliyev bu institusional mexanizmin uzunmüddətli əməkdaşlıq hədəflərimizin gerçəkləşməsində mühüm rol oynadığını bildirmişdir. Prezident İlham Əliyev ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikasını yüksək qiymətləndirib.

Füzulidə ‘Dostluq bağı’nın salınması, ‘Chevrolet’ və ‘Isuzu’ avtomobillərinin birgə istehsalı kimi addımlar ikitərəfli iqtisadi layihələrin nə qədər uğurlu olduğunu təsdiqləyir. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button