
Aktualinfo Media Qrup Oxu.Az-a istinadən, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişinləri – Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.



