AnalitikaGündəmSosial

Ulu Öndərin Mübarizəsi və Xalqın Həmrəyliyi

Sovet dövründə, xüsusilə 1970-ci illərin ortalarından etibarən milli dillərə qarşı aparılan assimilyasiya siyasəti xalqımızın qarşısında böyük sınaq idi. O vaxtlar ana dili məsələsini qabartmaq sürgün riski daşıdığından bir çox rəhbərlər susmağa üstünlük verirdi. Lakin Ulu Öndər Heydər Əliyev cəsarətlə irəli atılaraq ziyalıları və xalqı dövlət dili hüququ uğrunda mübarizəyə cəlb etdi.

SSRİ Konstitusiyasının yaratdığı imkanlardan, xüsusilə təhsil hüququndan ustalıqla istifadə edən Heydər Əliyev ana dilində oxumaq imkanının təminatını ön plana çəkdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin təsbit edilməsi məhz bu sarsılmaz iradənin yekunu idi.

Bu irs müstəqil Azərbaycanda Konstitusiyamızın 21-ci maddəsi ilə qorunaraq əbədiləşdirildi. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın öz kimliyi uğrunda apardığı qələbə dolu mübarizənin təqvimdəki əksidir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button