
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın böyük qürur hissi ilə qeyd etdiyi əlamətdar bayramlardan biridir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq və əldə olunan uğurları dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk milli hərbi hissələrin yaradılması ordumuzun təməlini qoymuşdur. Bu tarixi qərar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.
Müstəqilliyin bərpasından sonra ölkəmiz mürəkkəb siyasi və hərbi vəziyyətlə üzləşmişdir. Həmin dövrdə nizami ordunun formalaşdırılması dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlara başlanılmışdır. Orduda vahid komandanlıq sistemi yaradılmış, döyüş hazırlığı gücləndirilmişdir.
Sonrakı illərdə bu siyasət uğurla davam etdirilmiş, Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilmişdir. Müasir silahlar və hərbi texnikalar ordumuzun arsenalını daha da zənginləşdirmişdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığını və gücünü bütün dünyaya nümayiş etdirmişdir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza atmışdır.
44 gün davam edən döyüşlər nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Bu qələbə xalqımızın çoxəsrlik arzusunu reallığa çevirmişdir.
Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti hər zaman minnətdarlıq hissi ilə yad edilir. Onların göstərdikləri fədakarlıq milli qürur mənbəyimizdir.
Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını uğurla davam etdirmişdir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



