
Hər il 26 iyun tarixində Azərbaycan xalqı böyük qürur hissi iləAzərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeydedir. Bu əlamətdar gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olanAzərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzərsalmaq, əldə olunan uğurları dəyərləndirmək və qəhrəmanhərbçilərimizin xidmətlərini ehtiramla yad etmək üçün mühümfürsətdir.
Milli Ordunun yaranması və tarixi köklərinə nəzər salsaqAzərbaycanın müasir ordu quruculuğunun zəngin tarixiənənələrə əsaslandığını görərik. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ƏlahiddəAzərbaycan Korpusu yaradılmış və bununla da milli ordununformalaşdırılması istiqamətində mühüm addım atılmışdır. Məhzbu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq, ümummilli liderHeydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyunAzərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasiqeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın Azərbaycanaqarşı hərbi təcavüzü milli ordunun formalaşdırılması prosesinəciddi maneələr yaradırdı. Vahid komandanlıq sistemininolmaması, nizami hərbi hissələrin kifayət qədərtəşkilatlanmaması və idarəetmədəki çatışmazlıqlar ölkəninmüdafiə qabiliyyətinə mənfi təsir göstərirdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdanümummilli lider Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamətlərdən biri elan etdi. Məhz onun rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələrininformalaşdırılması və peşəkar orduya çevrilməsi istiqamətindəsistemli tədbirlər həyata keçirildi. Heydər Əliyevinuzaqgörənliyi, qətiyyətli siyasəti nəticəsində müasir AzərbaycanOrdusunun təməli qoyuldu
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətində silahlıqüvvələrdə vahid komandanlıq sisteminin yaradılması, könüllüsilahlı dəstələrin ləğv edilərək nizami ordu strukturunainteqrasiya olunması, hərbi intizamın və idarəetməningücləndirilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi vəmilli zabit kadrlarının hazırlanması, beynəlxalq hərbiəməkdaşlığın genişləndirilməsi kimi əsas istiqamətlər yer alırdı. 1994-cü ilin may ayında Ermənistan ilə atəşkəs sazişinin əldəolunması ordunun yenidən təşkili və gücləndirilməsi üçünəlverişli şərait yaratdı. Ulu öndərin təşəbbüsü ilə hərbiməktəblərin fəaliyyəti genişləndirildi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Azərbaycanda müasir, peşəkar və dövlətə sədaqətli zabitkorpusunun formalaşdırılması məhz həmin dövrdə əsaslı şəkildətəmin edildi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, dövlətinmüstəqilliyinin əsas təminatçılarından biri güclü ordudur. Onunmüəyyən etdiyi strateji xətt sonrakı dövrdə də uğurla davametdirildi və Azərbaycan Ordusunun inkişafının möhkəm təməlinitəşkil etdi.
Bu gün də Prezident İlham Əliyevin ordu siyasətinin əsasındagüclü dövlətin güclü ordusu prinsipi dayanır. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ulu öndərin müəyyən etdiyi siyasi kursu bütün sahələrdəolduğu kimi, ordu quruculuğunda da uğurla davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusununmaddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, hərbixərclər dəfələrlə artırıldı və ordumuz dünyanın ən müasir silahvə texnikaları ilə təchiz edildi.
Dövlət başçısının həyata keçirdiyi bu siyasət ordunun döyüşqabiliyyətinin yüksəldilməsi, müasir silah sistemlərinin alınmasıvə yerli hərbi sənaye potensialının inkişaf etdirilməsi, xüsusitəyinatlı qüvvələrin hazırlıq səviyyəsinin artırılması, müntəzəmhərbi təlimlərin keçirilməsi və döyüş hazırlığınıntəkmilləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsiningücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrləbəyan etmişdir ki, Azərbaycan heç vaxt işğal faktı iləbarışmayacaq və öz ərazi bütövlüyünü təmin etmək hüququnuözündə saxlayır. Aparılan məqsədyönlü siyasət nəticəsindəAzərbaycan Ordusu regionun ən güclü ordularından birinəçevrildi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnütəməliyyatı Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını vəpeşəkarlığını nümayiş etdirdi. Bu uğurlar gələcək böyük Zəfərinxəbərçisi idi.
Və nəhayət, 44 günlük Vətən müharibəsi – Zəfər salnaməsitarixə yazıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbətihərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuməməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Vətənmüharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaqsəhifələrindən birinə çevrildi.
44 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusu yüksəkpeşəkarlıq, müasir taktika və güclü döyüş ruhu nümayişetdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, yüzlərlə kənd və stratejiyüksəkliklər düşmən işğalından təmizləndi.
Müharibənin zirvə nöqtəsi isə 2020-ci il noyabrın 8-də Şuşaşəhərinin azad edilməsi oldu. Şuşanın işğaldan azad olunmasıErmənistanın hərbi-siyasi məğlubiyyətini qaçılmaz etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması iləAzərbaycan öz tarixi qələbəsini rəsmiləşdirdi.
Bu Zəfər təsadüfi deyildi. O, uzun illər ərzində həyata keçiriləndüşünülmüş dövlət siyasətinin, Heydər Əliyev tərəfindən əsasıqoyulan ordu quruculuğu strategiyasının və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsi idi. Azərbaycan əsgəri və zabiti döyüş meydanında göstərdi ki, Vətən uğrunda canından keçməyə hazır olan xalqı heç bir qüvvəməğlub edə bilməz.
Antiterror tədbirlərilə tam suverenliyin bərpası təmin olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterliantiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyinibütün ərazilərində tam şəkildə təmin etdi. Qısa müddətdə həyatakeçirilən uğurlu əməliyyatlar bir daha Azərbaycan Ordusununyüksək hazırlıq səviyyəsini, peşəkarlığını və müasir döyüşimkanlarını nümayiş etdirdi.
Beləliklə, ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazilərindədövlət suverenliyi tam bərpa olundu və Azərbaycan yeni inkişafmərhələsinə qədəm qoydu.
Bütün bunların fonunda qürurla deməliyik ki, 26 iyun SilahlıQüvvələr Günü – qəhrəmanlara ehtiram günüdür. Bu günAzərbaycan Ordusu təkcə ölkəmizin təhlükəsizliyinin qarantıdeyil, həm də xalqımızın milli qürur mənbəyidir. Dövlətimiztərəfindən şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir, hərbiqulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıltədbirlər həyata keçirilir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günümünasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı, şəhidailələrini və Azərbaycan xalqını ürəkdən təbrik edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canındankeçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramlaanırıq.
Bu gün qalib Azərbaycanın güclü ordusu Heydər Əliyevinuzaqgörən dövlətçilik ideyalarının, Prezident İlham Əliyevinuğurlu ordu siyasətinin və xalq–ordu birliyinin təntənəsidir. Azərbaycan Ordusu bundan sonra da dövlətimizinmüstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlıtəminatçısı olaraq şərəfli missiyasını layiqincə davam etdirəcək.
Nərminə Qədirova,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi



