
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yaradılmış və cəmi 23 ay fəaliyyət göstərmişdir. Qısa müddət yaşamasına baxmayaraq, Cümhuriyyət dövlətçilik tariximizdə mühüm rol oynamışdır. Bu dövrdə ölkənin inkişafı üçün mühüm işlər görülmüşdür.
Cümhuriyyət dövründə ilk parlament və hökumət yaradıldı. Dövlət idarəçiliyi demokratik prinsiplər əsasında quruldu. Xalqın hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirildi.
Milli ordu yaradılması Cümhuriyyətin ən mühüm uğurlarından biri idi. Azərbaycan ordusu ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadı. Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi.
Təhsil və mədəniyyət sahəsində də mühüm addımlar atıldı. Ana dilində tədris genişləndirildi, məktəblərin milliləşdirilməsi həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması elm və təhsilin inkişafına böyük töhfə verdi.
Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə də uğurlar qazandı. Bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu və Azərbaycanın müstəqilliyi beynəlxalq səviyyədə tanınmağa başladı. Bu, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdı.
Cümhuriyyətin fəaliyyəti qısa sürsə də, xalqımızın yaddaşında əbədi iz qoydu. Onun yaratdığı dövlətçilik ənənələri bu gün də müstəqil Azərbaycanın inkişaf yolunda yaşadılır və qorunur.
Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı



