
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında etimadın dərinliyini bir daha göstərdi. O, regional sabitlik, iqtisadi əməkdaşlıq və ortaq tarixi irs barədə fikirlərini bölüşərək Bakı–Daşkənd xəttinin strateji tərəfdaşlıqdan daha geniş bir müstəviyə keçdiyini vurğuladı. Müsahibə zamanı liderin səmimi üslubu və praqmatik yanaşması qarşılıqlı münasibətlərin real siyasi təməl üzərində formalaşdığını nümayiş etdirdi.
Söhbət əsnasında Prezident enerji layihələri, nəqliyyat dəhlizləri və qarşılıqlı investisiya imkanlarının inkişafı kimi mövzulara toxundu. O bildirdi ki, Azərbaycanla Özbəkistanın potensialı birləşdirildikdə, region üçün dayanıqlı əməkdaşlıq modeli yarana bilər. Bu yanaşma, xüsusilə Orta Dəhlizin gücləndirilməsi və yeni iqtisadi marşrutların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müsahibədə humanitar əməkdaşlıq ayrıca yer aldı. Prezident İlham Əliyev mədəniyyət, təhsil və gənclər sahəsində müştərək layihələrin xalqlar arasında yaxınlığı artırdığını diqqətə çatdırdı. O, Özbəkistan–Azərbaycan münasibətlərinin təkcə dövlətlərarası deyil, həm də xalqdan–xalqa səviyyədə möhkəmləndiyini xüsusi vurğuladı.
Prezidentin UzA-ya müsahibəsi həm də bölgədə formalaşan yeni siyasi reallığın əks-sədası kimi qiymətləndirilir. Onun səsləndirdiyi fikirlər regional əməkdaşlıq vizyonuna strateji istiqamət verir və gələcək planların aydın konturlarını cızır. Bu müsahibə, tərəflərin uzunmüddətli və stabilliyə əsaslanan əməkdaşlıq niyyətini daha da gücləndirdi.
Ələkbər Novruzov
YAP Xəzər rayon təşkilatının fəalı



