AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin liderliyi ilə Ağdam qısa zamanda xarabalıqdan müasir şəhərə çevrilən inkişaf nümunəsinə çevrilir

20 noyabr Azərbaycan tarixində işğaldan azad olunmuş Ağdamın şəhər kimi yenidən nəfəs aldığı xüsusi gündür. Bu tarix 27 illik həsrətin bitdiyi, ədalətin bərpa olunduğu və Qarabağın dirçəlişinə başlanıldığı günü simvolizə edir. Ağdamın təhvil verilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və Vətən müharibəsində əldə olunan Zəfərin mühüm nəticələrindən biridir.

İşğal illərində tamamilə dağıdılmış Ağdam bu gün sürətlə bərpa olunur. Prezident İlham Əliyevin təsdiqlədiyi Baş Plan şəhərin “Sülh şəhəri” modeli əsasında müasir, yaşıl və ağıllı infrastrukturla yenidən qurulmasını nəzərdə tutur. Zəfər parkı, yeni yol və kommunikasiya xətləri, yaşayış massivləri və sənaye zonaları Ağdamın yeni simasını formalaşdıran əsas layihələrdir.

Cənab Prezidentin mütəmadi səfərləri, layihələrin birbaşa nəzarətdə icra olunması və Böyük Qayıdış proqramı Ağdamda həyatın mərhələli şəkildə bərpasını təmin edir. Şəhərin mədəni irsini təşkil edən Cümə məscidinin bərpası da bu prosesin mühüm hissəsidir.

20 noyabr bu gün artıq təkcə azadlıq tarixi deyil, həm də Ağdamın yenidən doğuluşunun, Qarabağın böyük dirçəlişinin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyevin liderliyi ilə Ağdam qısa zamanda xarabalıqdan müasir şəhərə çevrilən inkişaf nümunəsinə çevrilir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button