AnalitikaGündəmSiyasət

Əzmin Qələbəyə Çevrildiyi Gün

İllərlə davam edən işğal dövründə xalqın qəlbində bir inam yaşayırdı — azadlıq arzusu. Hər kəs öz sahəsində, öz əməyində bu müqəddəs məqsədə xidmət edirdi. Kimisi ön cəbhədə, kimisi mədəniyyət, elm, yaxud iqtisadi sahədə — hər bir azərbaycanlı Vətən uğrunda bir daş qoyurdu. “Azadlıq gününü öz işimizlə yaxınlaşdırmalıyıq” çağırışı təkcə söz deyildi, bu xalqın ruhunun ifadəsi idi.

Bu düşüncə zamanla bir amal, bir milli ideyaya çevrildi. İnsanlar gündəlik əməyini yalnız şəxsi rifah üçün deyil, həm də dövlətin güclənməsi üçün sərf edirdi. Hər bir tikinti, hər bir layihə, hər bir zəhmət, əslində, Zəfər Gününə doğru atılan addım idi. Bu, vətənə sədaqətin, səssiz qəhrəmanlığın bir nümunəsi idi.

Və nəhayət, 8 Noyabr gəldi — bu günün hər anı illərlə çəkilən zəhmətin, inamın və duaların cavabı idi. Xalq öz əzmi, ordusu isə öz cəsarəti ilə torpaqları azad etdi. “Yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” ifadəsi artıq tarixdə gerçəyə çevrildi.

Bu qələbə təkcə silah gücü ilə deyil, xalqın ruh gücü ilə qazanıldı. Azadlıq arzusu gerçəkliyə çevrildi, çünki bu xalqın ürəyi heç vaxt əsarəti qəbul etmədi.

Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button