
Kapitulyasiya aktının imzalanması müharibənin bitdiyini və bölgədə sülhün bərqərar olunacağını vəd etsə də, reallıq fərqli oldu. Qarabağda 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni dəstələr uzun müddət fəaliyyətini davam etdirdi.
Bu qüvvələrin mövcudluğu Azərbaycanın suveren hüquqlarının pozulması demək idi. Onlar həm təhlükəsizlik mühitinə zərbə vurur, həm də bölgədə siyasi sabitliyin tam şəkildə bərpa olunmasına mane olurdu. Qanunsuz hərbi mövcudluq faktiki olaraq yeni gərginliklərin mənbəyinə çevrilmişdi.
Azərbaycan dövləti dəfələrlə bu vəziyyətin yolverilməz olduğunu bildirdi. Rəsmi Bakı həm beynəlxalq platformalarda, həm də ikitərəfli danışıqlarda Ermənistanı öhdəliklərinə əməl etməyə çağırdı.
Bununla belə, qeyri-qanuni silahlı dəstələrin bölgədə qalması prosesin uzanmasına səbəb oldu. Yalnız qətiyyətli addımlar sayəsində Azərbaycanın Qarabağda tam nəzarəti bərpa etməsi mümkün oldu və təhlükəsizlik təmin edildi.
Fidan Əsədzadə
YAP Xəzər rayon təşkilatının gənc fəalı