AnalitikaGündəmSiyasət

Ermənistanın 10 Noyabr Bəyanatına Zidd Mövqeyi

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat bölgədə müharibənin dayandırılması və davamlı sülhün təmin olunması üçün əsas sənəd idi. Ermənistan bu sənəddə üzərinə götürdüyü öhdəliklərə əsasən, Azərbaycan ərazilərində yerləşən hərbi qüvvələrini və texnikasını çıxarmalı idi.

Lakin sonrakı üç il ərzində Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Silahlı birləşmələrin bölgədə saxlanılması həm Azərbaycan ərazilərində təhlükəsizliyə təhdid yaratdı, həm də sülh prosesini dalana dirədi. Bu, beynəlxalq hüququn və razılaşmaların açıq şəkildə pozulması demək idi.

Azərbaycan dəfələrlə həm diplomatik kanallarla, həm də rəsmi bəyanatlarla bu vəziyyətə diqqət çəkdi. Rəsmi Bakı tərəfdən edilən xəbərdarlıqlar Ermənistanın məsuliyyətsiz davranışına qarşı qətiyyətin göstəricisi oldu.
Nəticə etibarilə, Ermənistanın Bəyanata əməl etməməsi bölgədə yeni gərginliklərə səbəb oldu. Azərbaycan isə suveren hüquqlarını qorumaq və qanuni qaydanı təmin etmək üçün bütün vasitələrlə öz mövqeyini davam etdirdi.

Faiq Xələfov
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button