
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat bölgədə sülhün təmin olunması və müharibənin yekunlaşması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bəyanata görə, Ermənistan öz silahlı qüvvələrini, canlı qüvvəsini və hərbi texnikasını Azərbaycan ərazilərindən çıxarmalı idi.
Lakin növbəti üç il ərzində Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Azərbaycan ərazilərində silahlı birləşmələrin mövcudluğu həm regionda gərginliyi artırdı, həm də beynəlxalq hüququn pozulmasına səbəb oldu.
Azərbaycan dövləti bu vəziyyətə qarşı diplomatik və hüquqi yollarla ardıcıl tədbirlər həyata keçirdi. Beynəlxalq təşkilatlara müraciətlər, xəbərdarlıqlar və çağırışlar vasitəsilə Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməyə dəvət edildi.
Nəticədə, 10 noyabr Bəyanatının pozulması regionda sülh prosesini ləngitdi, lakin Azərbaycan öz suveren hüquqlarını qorumaq və ərazilərdə sabitliyi təmin etmək istiqamətində qətiyyətli addımlar atmağa davam etdi.
Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı