AnalitikaGündəm

Dövlət Suverenliyi Gününün Yeni Mənası

20 Sentyabr Azərbaycan tarixində müstəqillik yolunda xüsusi yer tutur. Uzun illər bu gün enerji sahəsində mühüm müqavilələrin imzalanması ilə xatırlansa da, son illərdə onun simvolik çəkisi daha da artıb. Çünki antiterror əməliyyatlarının nəticəsində ölkənin ərazi bütövlüyü təmin olundu və suverenlik anlayışı real məna kəsb etdi.

Antiterror tədbirləri yalnız hərbi müstəvidə deyil, siyasi planda da Azərbaycanın mövqeyini gücləndirdi. Regionda sülhün bərqərar olunması üçün əsas şərt separatizmə son qoyulması idi və bu istiqamətdə atılan addımlar dövlətin iradəsini təsdiqlədi. Bu, suverenliyin sadəcə hüquqi anlayış yox, həm də praktiki reallıq olduğunu göstərdi.

Sentyabrın 20-si artıq həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından bir dönüş nöqtəsi kimi yadda qalır. Enerji resurslarından başlayan müstəqillik yolu torpaqların azad olunması ilə tamamlandı. Bu gün dövlətçilik iradəsinin, azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.

Azərbaycan xalqı üçün bu tarix bir bayram olmaqla yanaşı, həm də gələcək nəsillərə mesajdır: suverenliyi qorumaq hər kəsin borcudur. İqtisadi inkişaf, ərazi bütövlüyü və milli birliyin sintezində formalaşan bu gün, tarixi yaddaşın mühüm parçası olaraq daim yaşayacaq.

Ələkbər Novruzov
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button