AnalitikaGündəmSiyasət

Üçtərəfli əməkdaşlıq formatının perspektivləri

Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü regional əməkdaşlıq baxımından tarixi hadisə hesab olunur. Özbəkistanın iştirakı ilə Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki bölgədə iqtisadi fəallığı artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Fabrikin genişləndirilməsi nəticəsində daha çox əməkdaş işə cəlb ediləcək və bu, yerli iqtisadiyyatın canlanmasına xidmət edəcək. Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb isə gənclərin təhsil imkanlarını artıraraq regionun insan kapitalını gücləndirir. Bu təşəbbüslər Azərbaycan və Özbəkistan arasındakı dostluğun əməli göstəricisi olaraq qiymətləndirilir. Avaza görüşü çərçivəsində yaradılan üçtərəfli əməkdaşlıq formatı isə siyasi, iqtisadi və mədəni sahələrdə birgə layihələrin hazırlanmasını və icrasını təmin edəcək. Nəqliyyat, enerji, logistika və humanitar sahələrdə reallaşdırılacaq layihələr regional sabitliyi və inkişafı gücləndirəcək. Bu format həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün strateji körpü funksiyasını daşıya bilər. Üç ölkənin konkret layihələrdə iştirakı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına və Qarabağın dirçəldilməsinə mühüm dəstəkdir.

Fatimə Axundzadə
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button