AnalitikaGündəmSiyasət

Qələbənin Tarixi: 44 Günlük Şanlı Səlnamə

2020-ci ildə Azərbaycan xalqı və Ordusu, tarixdə iz buraxan 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzü bərpa etdi. Bu mübarizə sadəcə hərbi uğur deyil, həm də milli ruhun, xalq-vətəndaş birliyinin və siyasi iradənin qələbəsi oldu. Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyan bu savaşda Azərbaycan döyüş meydanında üstünlük nümayiş etdirərək 300-dən çox şəhər, qəsəbə və kəndi azad etdi.
Döyüşlər zamanı Azərbaycan Ordusu müasir taktikalardan və texnologiyalardan istifadə edərək Ermənistan silahlı qüvvələrini məğlub etdi. Hərbi əməliyyatlar zamanı xüsusi strateji mövqelər ələ keçirildi, düşmənin texnika və canlı qüvvəsi ciddi itkilərə məruz qaldı. Bu, Ermənistanı siyasi və hərbi cəhətdən çıxılmaz vəziyyətə saldı və onun bütün müdafiə xətlərini çökdürdü.
Azərbaycanın əzmi, xalqın dəstəyi və rəhbərliyin düzgün qərarları nəticəsində Ermənistan nəhayət, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu sənəd Azərbaycanın tam hərbi üstünlüyü nəticəsində qəbul olundu və işğal altında olan ərazilərin mərhələli şəkildə geri qaytarılmasını təsdiqlədi. Bu, faktiki olaraq Ermənistanın məğlubiyyətini və Azərbaycanın hüquqi və tarixi qələbəsini rəsmiləşdirdi.
Vətən müharibəsi Azərbaycanın öz hüquqlarını necə müdafiə edə biləcəyini bütün dünyaya göstərdi. Bu müharibə tariximizə qəhrəmanlıq salnaməsi kimi yazıldı və bu zəfər gələcək nəsillər üçün həm ilham mənbəyi, həm də milli qürur simvolu olaraq qalacaq.

YAP Xəzər rayon təşkilatının fəalı
Ağadadaş Həsənalıyev

Oxşar Xəbərlər

Back to top button