AnalitikaGündəmSiyasət

Qarabağ artıq regional inteqrasiyanın, diplomatik əməkdaşlığın və iqtisadi dirçəlişin rəmzinə çevrilir

“2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın zəfərdən sonra regional gücə çevrildiyini və işğaldan azad olunmuş torpaqların beynəlxalq səhnəyə qovuşduğunu rəmzi şəkildə nümayiş etdirdi. Prezidentin “Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” sözləri ilə başlayan çıxışı Azərbaycanın suverenliyinin təntənəsi kimi səsləndi. ECO Zirvə görüşünün ilk dəfə olaraq işğaldan azad edilmiş ərazidə, tamamilə yenidən qurulmuş Xankəndi Konqres Mərkəzində keçirilməsi Azərbaycanın bölgədə sülh, inkişaf və əməkdaşlıq mərkəzi rolunu bir daha sübut etdi”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın ECO çərçivəsindəki fəallığına xüsusi yanaşır. 2006 və 2012-ci illərdə Bakıda keçirilən zirvə görüşlərindən sonra, bu dəfə Xankəndidəki ev sahibliyi yeni bir mərhələ deməkdir. Azərbaycanın təşəbbüsü ilə təşkil edilən ECO Həftəsi – Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu – regionun diplomatik mərkəzə çevrildiyini göstərir. Bundan əlavə, Şuşanın 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan edilməsi Qarabağın gələcəkdə iqtisadi, mədəni və turistik mərkəzə çevriləcəyinin bariz göstəricisidir.

Onun sözlərinə görə, Xankəndidəki çıxışda Prezident Qərbi azərbaycanlıların hüquqlarını da qətiyyətlə gündəmə gətirdi. İƏT çərçivəsində qəbul edilmiş qətnamə Ermənistandan qovulmuş azərbaycanlıların geri dönüş hüququnu dəstəkləyir. Bu məsələ Azərbaycanın gələcək siyasətində mərkəzi yer tutacaq və beynəlxalq hüququn qorunması naminə atılan diplomatik addımlar davam edəcək.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı Azərbaycanın yalnız hərbi və siyasi güc deyil, həm də mədəni, diplomatik və iqtisadi güc olduğunu sübut etdi. Bu çıxış dünyaya Qarabağda yeni bir həyatın başladığını, Azərbaycanın isə bu regionda sabitlik, əməkdaşlıq və inkişaf simvolu olduğunu göstərdi. Azərbaycanın səyləri sayəsində Qarabağ artıq regional inteqrasiyanın, diplomatik əməkdaşlığın və iqtisadi dirçəlişin rəmzinə çevrilir.

Oxşar Xəbərlər

Back to top button