
2025-ci ilin iyun ayında Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sistemində mühüm bir mərhələ oldu. Prezidentin açılış zamanı qeyd etdiyi kimi, bu stansiya ölkəmizin indiyə qədər tikilmiş ən böyük elektrik stansiyasıdır. Onun adı, Zəfər Günü ilə bağlı olaraq, xüsusi bir rəmzi məna daşıyır və Azərbaycanın iqtisadi qüdrətinin, texnoloji inkişafının və zəfər ruhunun təcəssümüdür. “8 Noyabr” Elektrik Stansiyası yalnız öz miqyası ilə deyil, həm də yüksək texniki göstəriciləri ilə seçilir. Bu stansiya müasir texnologiyalarla təchiz olunub və ətraf mühitə minimal təsir göstərən, yüksək səmərəliliyə malik bir enerji istehsalı müəssisəsidir. Onun istifadəyə verilməsi nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi daha da möhkəmləndirilmiş, ixrac potensialı isə artırılmışdır. Yeni stansiya həm daxili istehlakı tam təmin etməyə, həm də qonşu ölkələrə enerji ixracını davam etdirməyə imkan yaradır.
Prezident İlham Əliyev açılışda etdiyi çıxışında vurğuladı ki, bu layihə Azərbaycanın enerji strategiyasının uğurlu davamıdır. Son illərdə həyata keçirilən genişmiqyaslı enerji layihələri ölkəmizi regionda enerji habına çevirmişdir. “8 Noyabr” Elektrik Stansiyası bu strategiyanın mühüm həlqəsidir və ölkənin dayanıqlı inkişafına, sənaye və kənd təsərrüfatı sektorlarının güclənməsinə xidmət edəcəkdir. Bu stansiyanın inşası həm də Azərbaycanın daxili imkanları hesabına həyata keçirilmiş və yerli mütəxəssislərin bilik və bacarıqlarına əsaslanmışdır. Bu da ölkəmizin texnoloji və mühəndislik sahəsində yetişdirdiyi peşəkar kadrların nə qədər güclü olduğunu göstərir.
Sonda qeyd etmək lazımdır ki, “8 Noyabr” Elektrik Stansiyası təkcə enerji obyektindən ibarət deyil – bu, Azərbaycanın güclü gələcəyinə, dayanıqlı iqtisadiyyatına və qalib ruhuna verilən dəyərli bir töhfədir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov