AnalitikaGündəmİqtisadiyyat

1994: Neft Sərgisindən Qlobal Enerji Səhnəsinə

1994: Neft Sərgisindən Qlobal Enerji Səhnəsinə
Azərbaycanın müstəqillik dövründə enerji sahəsində atdığı ən həlledici addımlardan biri 1994-cü ildə ilk Xəzər Neft və Qaz Sərgisinin təşkili oldu. Bu tədbir, illərlə qapalı saxlanılan yeraltı sərvətlərin dünyaya tanıdılması üçün bir pəncərə açdı. Həmin sərgi vasitəsilə Azərbaycan özünü qlobal enerji bazarına cəsarətlə təqdim etdi.
Bu təşəbbüsün arxasında isə uzaqgörən dövlət başçısı Heydər Əliyevin milli maraqlara söykənən strateji baxışı dayanırdı. O, ölkənin gələcəyini enerji resursları ilə düzgün şəkildə bağlayaraq həm iqtisadi dirçəlişin, həm də siyasi möhkəmlənmənin yolunu açdı. 1994-cü il sərgisi, əslində, Azərbaycanın yeni enerji kursunun açılış mərasimi idi.
Sərgi ilə paralel şəkildə “Əsrin müqaviləsi”nin imzalanması, xarici şirkətlərin cəlbi və enerji diplomatiyasının əsasının qoyulması Heydər Əliyevin məqsədyönlü siyasətinin bariz nəticəsidir. Bu liderlik sayəsində Azərbaycan təkcə xammal ixrac edən ölkəyə deyil, eyni zamanda enerji layihələrinin təşəbbüskarı və icraçısına çevrildi.
Bu gün Azərbaycan neft və qaz sahəsində qlobal əməkdaşlığın mərkəzlərindən biridir. Bütün bu nailiyyətlərin başlanğıc nöqtəsi isə 1994-cü ildəki sərgi və onun arxasındakı uzaqgörən lider – Prezident Heydər Əliyev olmuşdur.

Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button