AnalitikaGündəmİqtisadiyyat

Heydər Əliyev: Enerji Yolunun Memarı

Azərbaycanın neft strategiyası bir təsadüf deyil, əksinə uzaqgörən siyasi liderin məqsədyönlü baxışının nəticəsidir. 1990-cı illərin çətin şəraitində Prezident Heydər Əliyev ölkənin taleyini enerji resursları ilə bağladı və bu sahəni milli dirçəlişin əsas dayağına çevirdi. Onun iradəsi ilə həyata keçirilən tədbirlər bu gün Azərbaycanın enerji xəritəsində mühüm mövqe tutmasına səbəb olub.
Heydər Əliyevin baxışı sadəcə neft çıxarmaqdan ibarət deyildi. O, Azərbaycanın geostrateji üstünlüklərini dəyərləndirərək, ölkəni enerji dəhlizlərinin mərkəzinə çevirmək üçün addımlar atdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və elə həmin il keçirilən ilk beynəlxalq sərgi onun bu məqsədinin təzahürü idi.
Prezidentin liderliyi sayəsində Azərbaycanın enerji ehtiyatları beynəlxalq bazarlara çıxarıldı, ölkəyə sərmayə axını başlandı və bu sahə iqtisadiyyatın lokomotivinə çevrildi. Onun siyasəti həm də beynəlxalq etimadı formalaşdırdı və ölkəyə strateji tərəfdaş statusu qazandırdı.
Bu gün Azərbaycanda enerji sahəsində əldə olunan uğurların kökündə Heydər Əliyevin uzaqgörən qərarları dayanır. Onun qoyduğu təməl yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik gücün əsasını təşkil edir.

Günay Şahverdiyeva
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button