AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər var

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulub. Bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatıb.

Azərbaycan ilə Vyetnam hələ SSRİ dövründə yaxın dostluq münasibətlərinə malik olub. Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulub. Bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatıb.1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb.

Bu ölkələr arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

Müstəqil Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin möhkəmlənməsi kontekstində Vyetnama önəm verilməsi də xoş tarixi ənənəyə söykənir. Həmin möhkəm tarixi təməllərə əsaslanan dostluq münasibətləri son 30 ildə yeni siyasi mərhələyə daxil olub.

İki ölkə arasında sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlər, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına daim dəstək vermiş,ədalətli mövqe tutmuşdur.

Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə  Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən bildirib ki, hər iki tərəf siyasi dialoqun inkişaf etdirilməsi üçün davamlı səylər göstərir, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir.

Allahverdiyeva Nəzakət,
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button