
Bildiyimiz kimi fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi Bakıda qəbul edib. Bu görüş iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində bir sıra əməkdaşlıq müqavilələri imzalandı və ölkə rəhbərlərinin mətbuata bəyanaylatla birgə çıxışı oldu.
Azərbaycan və Pakistan tarixən yaxın və dost ölkələrdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və xüsusilə Qarabağ münaqişəsi zamanı daim ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Hər iki dövlət beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstək göstərir, iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirmək üçün mütəmadi olaraq görüşlər və müzakirələr aparır.
Bu səfər çərçivəsində Azərbaycan və Pakistan arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrində yeni perspektivlərin açılması müzakirə edilib. Hər iki lider ölkələri arasında dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Məhəmməd Şahbaz Şərif Azərbaycan rəhbərliyinə səmimi qonaqpərvərliyə görə təşəkkür edib və Pakistanın Azərbaycanla hər sahədə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, bu səfər yalnız diplomatik münasibətləri deyil, həm də xalqlar arasında dostluğu daha da gücləndirəcək.
Prezident İlham Əliyev isə Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini yüksək qiymətləndirib və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu görüş, Azərbaycan və Pakistanın regional və qlobal məsələlərdə birgə fəaliyyətini gücləndirmək üçün yeni imkanlar açmaqla yanaşı, iki dost və qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı