AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir

Xocalı soyqırımı 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qətliamdır. Bu faciə Azərbaycan xalqının tarixində ən qanlı və dəhşətli hadisələrdən biri kimi yadda qalmışdır. Soyqırımı nəticəsində yüzlərlə günahsız insan qocalar, qadınlar və uşaqlar amansızlıqla qətlə yetirilmiş, şəhər yerlə-yeksan edilmişdir.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Qarabağda Azərbaycan və Ermənistan arasında münaqişə daha da gərginləşdi. Ermənilər Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək dəhşətli qırğın törətdilər. Xocalı strateji cəhətdən mühüm əhəmiyyət kəsb edirdi, çünki burada Qarabağın yeganə hava limanı yerləşirdi.

Xocalı soyqırımı Azərbaycan dövləti tərəfindən hər il anılır və dünya ictimaiyyətinin diqqətinə çatdırılır. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirilir. Hazırda bir çox ölkə və beynəlxalq təşkilatlar bu faciəni soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı bu qanlı gecəni heç vaxt unutmayacaq və Xocalı qurbanlarının xatirəsi daim anılacaq.

Əliyeva Sevinc,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button