AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev çıxışı ilə dünyaya yeni mesajlar verdi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Davosda Çinin telekanalına verdiği müsahibə, əlbəttə ki, dünyada çok büyük əks-səda yaradıb. Bu təsadüf deyil. Çünki Davosda dünyanın aparıcı dövlətlərinin bir neçə rəhbəri ilə, ictimai-siyasi xadimlərlə, böyük şirkətlərin başçıları ilə görüşlər keçirilib.

Cənab Prezident bu görüşldə ölkəmizin milli maraqları mövqeyindən çıxış edərək son illərdə əldə olunmuş nailiyyətlərdən və gələcək perspektivlərdən geniş söhbət açmışdır. Ölkəmizin rəhbəri son illərin uğurlarını dilə gətirərkən ilk növbədə düşmən üzərində tarixi qələbəmizi qeyd etmiş və bildirmişdir ki, son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Azerbaycan Prezidenti bu qələbənin əldə olunmasına qədər Azərbaycanın keçdiyi tarixi yola ekskursiya etmiş və göstərmişdir ki, otuz il torpaqlarımız düşmən tapdağı altında olmuş, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların qətnamələrinin qərarlarının olmasına baxmayaraq düşmən Azərbaycan torpaqlarından əl çəkməmiş və öz təcavüzkarlıq əməlllərini uzun illər dəvam etdirmişdir.

Sözsüz, qələbənin ən mühüm nailiyyət adlandırılması və ərazi bütövlünün, suverenliyimizin tam təmin olunması bir reallıqdır, qürur hissi doğurur. Ölkəmizin rəhbəri digər sualları da ətraflı cavablandırmışdır. Ölkənin iqtisadi inkişafı haqqında müxbirlərin suallarına mükəmməl cavablar vermişdir. O bildirmişdir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən bir ölkədir. Bu gün bu inkişafı daha da genişləndirmək üçün dünya ölkələri ilə əlaqələrin qurulması, genişləndirilməsi böyük önəm daşıyır. Azərbaycanın Cənubi Qafqazda etibarlı mövqe tutmasını Prezident müxbirin nəzərinə çatdırmışdır. Qeyd olmuşdur ki, Azərbaycan öz milli maraqlarını müdafiə edən və dünya ölkələri ilə yaxşı əlaqələr quran bir ölkə kimi bu gün numunə göstərilir. Bu, bir reallıqdır.

Cənab Prezident fəaliyyət göstərdiyi bütün illərdə dünya ölkələri ilə əməkdaşlıq qurur, sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsinə böyük dəstək verir və bu yolda səylərini əsirgəmir. Azərbaycan cəmiyyətində sabitliyin, birliyin olması, öz maraqlarımızın müdafiə edilməsi, əlbəttə ki, fəaliyyətlərimizin əsasıdır. Bu əsası da ölkəmizin rəhbəri öz siyasəti, iradəsi, gücü ilə qoymuşdur.

Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button