
Son illərdə Azərbaycanın mövqeyi, onu Avrasiyada əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevirmişdir. Ölkəmizin coğrafi yerləşməsi, həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən əsas tranzit marşrutlarının kəsişdiyi nöqtə olmasına imkan verir. Bu strateji mövqe, Azərbaycanı təkcə regionda deyil, dünya miqyasında da mühüm logistika və nəqliyyat mərkəzi kimi tanıdır.
Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturu, xüsusən də Bakı Limanı, dəmir yolu xətləri və hava limanları, ölkəmizi beynəlxalq ticarət və yük daşımaları üçün cəlbedici bir məkan halına gətirir. Azərbaycan, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizlərinin mərkəzində yerləşir ki, bu da ölkəmizi Asiya ilə Avropa arasında tranzit qovşağına çevirir. Bu vəziyyət, Azərbaycanın beynəlxalq ticarət əlaqələrini gücləndirir və həm daxili, həm də regional iqtisadiyyatın inkişafını sürətləndirir.
Ölkəmizin nəqliyyat şəbəkəsinin sürətli inkişafı, həmçinin yük daşımalarının effektivliyini artırır və ticarət marşrutlarının diversifikasiyasını təmin edir. Bu, Azərbaycanı təkcə tranzit ölkəsi deyil, həm də mühüm bir ticarət mərkəzi halına gətirir. Azərbaycanın strateji mövqeyi, həmçinin xarici sərmayələrin cəlb edilməsinə, regional və beynəlxalq əlaqələrin genişlənməsinə şərait yaradır.
Azərbaycanın nəqliyyat mərkəzi kimi əhəmiyyəti, yalnız regionla məhdudlaşmır. Beynəlxalq ticarət axınlarının əsas istiqamətlərindən biri olan ölkəmiz, Avrasiya nəqliyyat xəritəsində kritik bir nöqtədir və bu mövqeyini davamlı inkişafla gücləndirir.
Nəticədə, Azərbaycanın coğrafi və iqtisadi imkanlarından tam şəkildə istifadə edərək, onu əvəzolunmaz bir nəqliyyat mərkəzinə çevirmişik. Bu, həm ölkəmizin, həm də regionun iqtisadi artımına mühüm təsir göstərir.
Gülnar Qəhrəmanova,
YAP Xəzər rayon təşkilatının fəalı