
Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
Carixeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.